• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Külli miqdarda psixotrop maddə və narkotik aşkarlandı - FOTOLAR

HADİSƏ

19 Fevral 2025 | 14:42 | Müəllif: Gülşən Şərif

Külli miqdarda psixotrop maddə və narkotik aşkarlandı - FOTOLAR

İrandan Azərbaycana gətirilən külli miqdarda psixotrop maddə və narkotik vasitəsi aşkar edilib.

Bu barədə Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, İran İslam Respublikasından yük nəqliyyat vasitəsində daşıyıcı şirkət vasitəsilə idxal olunan yüklərə Komitənin Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda rentgen qurğusunda baxış keçirilib və bir ədəd qara rəngli sellofan torbada olan rezin boruların içərisində şübhəli cizgilər müşahidə edilib.

Baxış zamanı həmin rezin boruların içərisində, ümumilikdə 42 ədəd sellofana bükülmüş bağlama müəyyən olunub. Həmin bağlamalardan 25 ədədinin içərisindən xüsusilə külli miqdarda, 983.316 qram metamfetamin psixotrop maddəsi aşkar edilib.

Aşkar edilmiş psixotrop maddəni ölkə ərazisində təhvil alacaq şəxslərin müəyyən edilməsi istiqamətində Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində psixotrop maddə olan rezin boruları təhvil alan 2 nəfər xarici ölkə vətəndaşı saxlanılıb və onlardan xeyli miqdarda narkotik vasitə - 16 həb metadon və 1 həb onun qırıntısı aşkarlanıb.

Faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində başlanılmış cinayət işi üzrə xarici ölkə vətəndaşları Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində Yasamal rayon Məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq aparılır.


Külli miqdarda psixotrop maddə və narkotik aşkarlandı - FOTOLARKülli miqdarda psixotrop maddə və narkotik aşkarlandı - FOTOLARKülli miqdarda psixotrop maddə və narkotik aşkarlandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026