• Bakı 11° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Evdə doğuş edən qadının ölüm səbəbi açıqladı

HADİSƏ

21 Mart 2025 | 12:16

Evdə doğuş edən qadının ölüm səbəbi açıqladı

Cəlilabad rayonunda evdə doğuş edən qadının vəfatı ilə bağlı TƏBİB açıqlama verib.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, martın 8-də saat 20:00 radələrində 1999-cu il təvəllüdlü qadın evdə doğuş etdikdən sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə daxil olub.

“Zahı qadın şöbəyə gətirilən zaman ümumi vəziyyəti kafi, huşu aydın olub. Uşaqlıq yolunun müayinəsində 2 ədəd kapsullaşmış kista aşkar edilib. Doğuş yollarında patologiya aşkar edilməyib”.

Bildirilib ki, saat 00:00 radələrində qadının ümumi vəziyyəti kəskin ağırlaşdığı üçün Reanimasiya şöbəsinə köçürülüb.

“Bütün reanimasiyon tədbirlərə baxmayaraq 20.03.2025-ci il tarixində saat 17:30 radələrində ölüm faktı qeydə alınıb”.


SON XƏBƏRLƏR