• Bakı C

    13.71 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

Yanvarda narkotiklə bağlı 685 cinayət aşkarlanıb

HADİSƏ

19 Fevral 2025 | 15:12

Yanvarda narkotiklə bağlı 685 cinayət aşkarlanıb

2025-ci ilin yanvar ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 685 cinayət faktı aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun məlumatında deyilir.

Məlumata görə, onlardan 179-u narkotik vasitələrin qanunsuz satışı, 505-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 750 kq 328,026 qram narkotik vasitələrin və psixotrop maddələrin 681 kq 035,96 qramını marixuana, 28 kq 335,05 qramını heroin, 13 kq 146,382 qramını tiryək, 9 kq 230,5 qramını həşiş, 3kq 621,6 qramını digər narkotik vasitələr və 14 kq 958,534 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 1475 ədəd metadon qanunsuz dövriyyədən götürülmüşdür.


SON XƏBƏRLƏR

20 Fevral 2025