• Bakı C

    13.32 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

Azərbaycanda 22 yaşlı qadın 1 aydır itkin düşüb - FOTO

HADİSƏ

20 Yanvar 2025 | 15:02

Azərbaycanda 22 yaşlı qadın 1 aydır itkin düşüb - FOTO

Bakı şəhəri Xətai rayonunda 22 yaşlı qadın 1 aya yaxındır ki, itkin düşüb. 

2002-ci il təvəllüdlü Gülasər Mustafayeva dekabrın 24-də səhər saatlarında yaşadığı ünvandan ailəsini və 2 yaşlı qız uşağını qoyaraq evdən gedib və bir daha geri qayıtmayıb.  

Faktla bağlı polisə məlumat verilib.

Qeyd edək ki, 2 yaşlı körpə uşağa atası baxır. Uşaq günlərdir ağlayır və hər kəs pərişan haldadır. Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, qadını tapan şəxsə Pul Mükafatı veriləcəyini bildirmək istəyirik.

İtkin düşən şəxsi görənlərdən  070 431 33 39 nömrəsi ilə əlaqə saxlanılmasını vəya polisə məlumat vermələri xahiş edilir.


SON XƏBƏRLƏR