Beyləqanda 5 yaşlı uşaq dərmandan zəhərlənərək ölüb.
Bakıvaxtı.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, 2020-ci il təvəllüdlü Dəniz Tahirli nəzarətsiz olduğundan anasına məxsus dərmanları udub.
Dəniz Tahirli Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək olmayıb.
Faktla bağlı araşdırma başlanıb.