• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Lənkəranda qəza - xəsarət alanlar var

HADİSƏ

21 Dekabr 2024 | 22:11 | Müəllif: Subhan Mahmudov

Lənkəranda qəza - xəsarət alanlar var

Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, hərəkətdə olan "Lada" markalı nəqliyyat vasitəsi, "KIA" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində iki nəfər 1996-cı il təvəllüdlü Xaliq Heybət oğlu İsmayılzadə (arterial hipertanziya, döş qəfəsinin küt travması) və 1971-ci il təvəllüdlü Yeganə Abasət qızı İsmayılova (burunun sınığı, döş qəfəsinin küt travması) xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026