• Bakı 13° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Bu, uşağın özündən asılı olan bir vəziyyət deyil

CƏMİYYƏT

23 Oktyabr 2024 | 15:38

Bu, uşağın özündən asılı olan bir vəziyyət deyil

"Diqqət dağınıqlığı olanlarla göz təmasında danışmağa çalışmaq lazımdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahə Dadaşova deyib.

Onun sözlərinə görə, belə uşaqları səslənərək çağırmaq heç bir fayda vermir.

İ.Dadaşova qeyd edib ki, uşaqları səsləyərək bir tapşırıq verdikdə və onda diqqət əskikliyi olduğu üçün tapşırığı yerinə yetirmədikdə valideynlər üzərlərinə getməməlidir.

"Valideynin uşağı sərt şəkildə, təhqir edərək nəsə deməsi, bacarıqsız adlandırması onda diqqət əskikliyi ilə yanaşı özgüvən problemi də yaradacaq. Valideynlər başa düşməlidir ki, bu problem övladının özündən asılı olan bir vəziyyət deyil",-deyə psixoloq əlavə edib.

Mİna Mikayılova


SON XƏBƏRLƏR