• Bakı 13° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Həmin tuneli tikən şirkətdən AÇIQLAMA: "Biz özümüz araşdırırıq ki, necə olub"

HADİSƏ

23 Oktyabr 2024 | 16:15

Həmin tuneli tikən şirkətdən AÇIQLAMA: Biz özümüz araşdırırıq ki, necə olub

Həmin tuneli tikən şirkətdən AÇIQLAMA: "Biz özümüz araşdırırıq ki, necə olub"

Bakıya yağan güclü yağışlar səbəbindən Sabunçu rayonu Asəf Əsədullayev küçəsindəki tunelə yağış sularının dolması nəticəsində iki nəfər boğularaq həyatını itirib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tunelin tikintisi zamanı nöqsanlara yol verildiyi barədə açıqlaması isə müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə tuneli tikən şirkət "Körpü Bina Tikinti" MMC-yə qarşı ciddi etirazlar səsləndirilib, şirkətin fəaliyyətinin araşdırılması tələb olunub.

Bakıvaxtı.az xəbər verir ki, Pravda.az səslənən etirazlarla bağlı "Körpü Bina Tikinti" MMC-nin rəhbərliyindən mövqe öyrənməyə çalışıb.

Adını təqdim etmək istəməyən şirkətin müdir müavini deyib ki, tunelin tikintisində nöqsanların olub-olmadığı barədə hələlik heç nə deyə bilmirlər:

"Hamımız məsələdən xəbərdarıq. Aidiyyəti üzrə bizə məsələnin araşdırılması barədə heç nə deyilməyib, biz özümüz araşdırırıq ki, necə olub".

Xatırladaq ki, "Körpü Bina Tikinti" MMC 2001-ci ildə təsis edilib. Rəhbəri Xəlil Göyüşovdur.


SON XƏBƏRLƏR