• Bakı 14° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Ukrayna əhalisi kəskin şəkildə azalıb

DÜNYA

23 Oktyabr 2024 | 11:58

Ukrayna əhalisi kəskin şəkildə azalıb

2022-ci ildə başlayan müharibədən etibarən Ukrayna əhalisi 8 milyon nəfər azalıb.

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bu, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun açıqladığı hesabatda yer alıb. 

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Florens Bauer bildirib ki, sözügedən rəqəm 2022-ci il siyahıyaalınması ilə müqayisədə ölkə əhalisinin təxminən 1/3 hissəsinə uyğundur.

"2022-ci ildən davam edən və üçüncü ilinə girəcək müharibə Ukrayna əhalisinə böyük ziyan vurub. Belə ki, doğum nisbəti qadın başına 1 uşağa düşüb. Bu, Avropada və  dünyada ən aşağı doğum nisbətidir. Təxminən 6,7 milyon ukraynalı qaçqın vəziyyətindədir", - deyə Bauer qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR