• Bakı 14° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Karpenter Bakıya niyə gəlmişdi? - Məktubu yazanlar, imzalayanlar və gətirənlər gözəl bilirdilər ki...

SİYASƏT

23 Oktyabr 2024 | 10:09

Karpenter Bakıya niyə gəlmişdi? - Məktubu yazanlar, imzalayanlar və gətirənlər gözəl bilirdilər ki...

"ABŞ Prezidentinin köməkçisi Maykl Karpenterin Bakıya səfəri sadəcə prezident Co Baydenin məktubunda qeyd edilən məqsədlər üçün deyildi".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Sahib Alıyev deyib.

Onun sözlərinə görə, M.Karpenterin səfərinin zamanı da diqqətçəkəndir:

"Karpenter Bakıya region ölkələrinin XİN başçılarının "3+3" formatında keçirilən görüşündən sonra və BRİKS toplantısından öncə gəldi:

"Məktubu yazanlar, imzalayanlar və gətirənlər gözəl bilirdilər ki, Azərbaycan prezidentinin bundan öncə dövlət katibi Antoni Blinkenlə telefon danışıqları zamanı yarımçıq sülh sazişi imzalamaq təklifinə verdiyi cavabı dəyişməyib. Prezident ABŞ rəhbərinin köməkçisi Maykl Karpenteri ilə görüşdə də eyni məqamları diqqətə çatdırdı. Dövlət başçısı vurğuladı ki, ilk dəfə sülh çağırışı ilə çıxış edən məhz Azərbaycan olub. Ermənistan isə Azərbaycanın təklifinə cavabı 70 gün gecikdirib. Sülhün imzalanmasını ləngidən də Ermənistandır. Ermənistan öz Konstitusiyasındakı məlum maddəni dəyişmək istəmir. Ona görə də düşünürəm ki, məktubda qeyd olunanlar sadəcə zahiri xarakter daşıyır”.

Müsahibimizə görə, məktub ona görədir ki, Azərbaycana qarşı növbəti hibrid savaşa haqq qazandırılsın. Guya ABŞ da, Ermənistan da sülh istəyir, Azərbaycan isə sülhə maneə törədir:

“Eyniylə 48 senatorun məktubunda olduğu kimi, guya "Azərbaycanın çağırışlarında sülhlə bağlı risk yaradan məqamlar var və onlara son qoyulmalıdır". Azərbaycanın çağırışı nədən ibarətdir? Azərbaycan deyir ki, "konstitusiyanda düzəliş et, ərazi iddialarına son qoy". Əgər Qarabağdan öz xoşuna gedən ermənilərin qaytımasını istəyirsizsə, indiki Ermənistan ərazisindən zorla çıxarılan azərbaycanlıların beynəlxalq humanitar hüquqa əsaslanan haqqlarına, geri dönüşünə hörmətlə yanaşılsın. Onların ləyaqətlə qayıdışı təmin edilsin. Burada sülh danışıqlarına hansı təhdid var?!”

Sahib Alıyev: Məktubda qeyd olunanlar sadəcə zahiri xarakter daşıyır

Deputat əlavə edib ki, sülh prosesində Azərbaycan bir çox maneələri dəf edib:

"Amma bu maneələrin dəf edilməsinin arxasında danışıqlarda əldə edilmiş razılaşmalar, yəni 13 maddənin razılaşdırılması durmur. 13 maddənin razılaşdırılmasının arxasında 4 çox mühüm əməliyyat dayanır. Şərti sərhədlərdə və Qarabağda aparılan hərbi əməliyyatlardan söhbət gedir. Cənab prezident Belçika səfirinin etimadnaməsini qəbul edərkən dedi ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edənlər özləri bildirirdilər ki, bütün məsələlərlə bağlı razılığa gəlinməyibsə, deməli heç nəylə bağlı razılığa gəlinməyib. Amma təəssüflə qeyd etdi ki, bunu deyənlərin özləri indi başqa mövqedən çıxış edirlər. Nəyə görə? Nə dəyişdi axı? Halbuki, yenə söhbət sülhdən gedir. Əslində deyirik ki, heç zaman olmadığı qədər sülhə yaxınıq. Ona görə yox ki, 13 maddə artıq razılışdırılıb. Ona görə ki, Azərbaycan sülhə maneə törədə bilən bütün əngəlləri aradan qaldırıb. Hətta Ermənistanın özü üçün əngəlləri belə aradan qaldırmışıq".

Aydın Baxış


SON XƏBƏRLƏR