• Bakı 14° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Hacıqabulda çətənə yetişdirən şəxs saxlanıldı

HADİSƏ

23 Oktyabr 2024 | 09:14

Hacıqabulda çətənə yetişdirən şəxs saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Araz Talıbov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, onun yaşadığı ünvandan 2 kiloqramdan artıq marixuana, kəndin çöllük ərazisindən isə sonuncu tərəfindən kültivasiya edilərək yetişdirilmiş çətənə kolları aşkarlanıb.

    Faktla bağlı araşdırmalar aparılır.

    Bundan əlavə, şöbə əməkdaşları tərəfindən son günlərdə aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 10 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanıb.


    SON XƏBƏRLƏR