Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Abildirilib.
Verilən məlumata görə, noyabrın 19-u saat 00:10 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun 107-ci kilometrliyində Siyəzən rayon sakini Xanbaba İbrahimov idarə etdiyi "KİA" markalı avtomobil ilə eyni istiqamətdə sağdan sola yolu keçən piyada - 1994-cü il təvəllüdlü Xaçmaz şəhər sakini Hüseynağa Qəribovu vurub. H.Qəribov hadisə yerində ölüb.
X.İbrahimov hadisə yerindən yayınıb, daha sonra isə özü Siyəzən RPŞ-ə gedərək hadisə barədə məlumat verib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.