Salyanda bıçaqlanma olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Xocalı kəndində qeydə alınıb.
Həsənov Natiq Fuad oğlu aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı tanışı Əhmədov Rəhim Əli-Hüseyn oğlunu bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib, araşdırma aparılır.
















