• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avtoxuliqanlıq edən şəxs saxlanıldı - 1 il müddətinə...

CƏMİYYƏT

16 Sentyabr 2022 | 11:56

Avtoxuliqanlıq edən şəxs saxlanıldı - 1 il müddətinə...

Bakının mərkəzində avtoxuliqanlıq edərək video paylaşan şəxs məsuliyyətə cəlb edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Bakıvaxtı.az-a bildirib ki, sentyabrın 15-də paytaxtın Füzuli, Şəmsi Bədəlbəyli və digər küçələrində avtoxuliqanlıq edərək sosial şəbəkələrdə video paylaşan “Mercedes” markalı 90 VS 077 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü müəyyən edilib.

Sürücü Şirinov Rəşad Eldəniz oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü (Avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və 500 manat cərimə edilib.

Qeyd edək ki, avtoxuliqanlıq edən şəxs sosial şəbəkədə canlı yayım açaraq etdiyi hərəkətləri nümayiş etdirib.

Həmin görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026