Evin təmizlənməsi sağlamlıq üçün çox vacibdir. Təmizlikdə istifadə olunan materiallar da sağlamlığa təsir edən amillər arasındadır.
Bakıvaxtı.az turgun.com-a istinadən bildirir ki, prof. dr. Canan Karatay təmizləyicilərin tərkibindəki kimyəvi maddələrin sağlamlığa təsirini izah edərək evdar qadınlara xəbərdarlıq edib. Mütəxəssislər hər fürsətdə yuyucu vasitələrin nə qədər zərərli olduğuna diqqət çəkirlər. Ancaq təkcə istifadə edilən yuyucu vasitələr deyil, qab-qacaq süngərləri kimi təmizləyici materiallar da çox zərərli nəticələrə səbəb ola bilər.
Adətən qidalarla bağlı məsləhətlər verən Canan Karatay bu dəfə təmizlik məhsulları ilə bağlı xəbərdarlıq edib. O, süngər yerinə bez istifadə etməyi tövsiyə edib.
Yuyucu vasitələrlə bağlı da mühüm açıqlamalar verən Karatay deyib ki, qab süngərlərindəki mikroblar çox isti suda ölür. İsti suda nə bakteriya, nə də virus qalmır. Yuyucu vasitə öldürmür, isti su öldürür: "Qeyd etmək lazımdır ki, qab süngərlərini tez-tez dəyişmək lazımdır. Yuyucu vasitələr mikrob və bakteriyalardan qat-qat təhlükəlidir. Süngər bir yana, evlər artıq yuyucu tozla doludur. Onlar ən böyük zəhərdir! Onu evlərinizə buraxmayın”.
Bu məhsulların DNT-mizi pozan kimyəvi maddələrdən istehsal edildiyini ifadə edən Canan Karatay qeyd edib ki yuyucu və dezinfeksiyaedici maddələrin tərkibindəki kimyəvi maddələr bədəndəki hüceyrələrin DNT-sini pozur. Bütün xəstəliklərin kökündə orqanizmdə DNT-nin korlanması dayanır.
"Ona görə də yuyucu vasitələri atın. Çamaşırları natrium bikarbonat ilə yuyun. Qabları maşında deyil, adi sabunla yuyun", - deyə Canan Karatay vurğulayıb.
Aytac Aslan
















