• Bakı 24° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Balqabağın göz sağlamlığına xeyri

CƏMİYYƏT

15 Noyabr 2022 | 02:11 | Müəllif: Qalib İbrahimoğlu

Balqabağın göz sağlamlığına xeyri

Balqabağın tərkibində həm ümumi sağlamlığa, həm də görmə qabiliyyətinə fayda verə biləcək vitamin və minerallar var.

Bakıvaxtı.az xəbər verir ki, bunu  oftalmoloq və göz cərrahı Alaster Lokvud “Express” nəşrinə müsahibəsində deyub.

Onun sözlərinə görə, C vitamini sarı ləkənin yaşla bağlı degenerasiyasının inkişafını yavaşladır, kataraktanın inkişaf riskini azaldır: "A vitamini buynuz təbəqəni möhkəmlədir, gecə vaxtı görmə qabiliyyətini yaxşılaşdırır, sink isə gözü qoruyan melaninin əmələ gəlməsi üçün A vitaminini qaraciyərdən tor qişaya çatdırmağa kömək edir".

Balqabağın tərkibində antioksidantlar lutein və zeaksantin olduğunu deyən həkimin sözlərinə görə, bu maddələr yüksək enerjiyə malik işiğı filtrdən keçirərək, gözləri müdafiə edirlər. Həmçinin onlar qəbul edildikdə katarakta ehtimalı azalır.

Oftalmoloq deyib ki, lutein və zeaksantin qida məhsullarına sarı və ya narıncı rəng verən karotinoid piqmentlərdir. Karotin və vitaminlərlə yanaşı balqabaqda dəmir və fol turşusu da var ki, onlar immun sistemi möhkəmlədir və yaraların sağalma prosesini sürətləndirir.

"Balqabaq qan təzyiqini aşağı salmağa kömək edən və çəkinin azalmasına imkan yaradan lif və kaliumla da zəngindir", - deyə mütəxəssis əlavə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026