• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Xankəndi yoluna gedən jurnalistlər həbs edilib? -DİN

CƏMİYYƏT

14 Dekabr 2022 | 23:57 | Müəllif: Subhan Mahmudov

Xankəndi yoluna gedən jurnalistlər həbs edilib? -DİN

Şuşa-Xankəndi yolunda çəkiliş aparmaq üçün gedən Meydan TV əməkdaşlarının saxlanıldığı barədə xəbər təkzib edilib.

Bakıvaxtı.az xəbər verir ki, DİN mətbuat xidmətinin şöbə müdiri Elşad Hacıyev onların icazəsiz şəkildə əraziyə girdiklərini bildirib.

“Keçid üçün icazələri olmadığından onlar geri qaytarılıblar. Saxlanılan yoxdur”, - o qeyd edib.

Xatırladaq ki, Meydan TV-nin əməkdaşı Xəyalə Ağayeva Şuşa-Xankəndi yolundakı aksiyadan çəkiliş etmək üçün gedərkən “mülki və qara maskalı şəxslər tərəfindən” saxlanıldıqlarını və naməlum istiqamətə aparıldıqlarını bildirmişdi.

O qeyd etmişdi ki, həmkarları Aytac Tapdıq və Teymur Kərimovla birlikdəyik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026