"Azər-Avtonəqliyyat" ASC avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərin tibbi müayinəsinin təşkil edilməməsinə görə cərimələnib.
Bakıvaxtı.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsi 326-cı maddəsi əsasında protokol tərtib olunaraq Gəncə Şəhər Məhkəməsinə göndərilib.
İş hakim Asif Əliyevin sədrliyilə araşdırılacaq.
İnzibati Xətalar Məcəlləsi 326-cı maddəsində bildirilir ki, Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
İbRa
















