• Bakı 19° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Bakıda şokolad oğrusu tutuldu

CƏMİYYƏT

13 Yanvar 2023 | 18:26 | Müəllif: Subhan Mahmudov

Bakıda şokolad oğrusu tutuldu

Bakıda mağazada qeyri-adi oğurluq hadisəsi baş verib.

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın B.Sərdarov küçəsində yerləşən "Spar" marketdə qeydə alınıb.

Market rəhbərliyi polisə müraciət edərək mağazada xeyli miqdarda şokoladın oğurlandığını bildirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən 33 yaşlı Rasim Abdülrəhmanov tutulub.

Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun Mahir Qocayevə məxsus avtomobildən də 500 manat pul oğurlaması müəyyən edilib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026