• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Axtarışda olan silahlı şəxs polislər tərəfindən saxlanıldı

HADİSƏ

10 Iyul 2024 | 11:18

Axtarışda olan silahlı şəxs polislər tərəfindən saxlanıldı

Astarada keçirilən əməliyyat zamanı axtarışda olan əvvəllər 5 dəfə məhkum olunmuş silahlı şəxs polislər tərəfindən saxlanılıb

Bu barədə Bakıvaxtı.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Astara rayon sakini 1978 -ci il təvəllüdlü Ağayev Qurban Fərhad oğlunun qeydiyyatda olduğu evdə gizlənməsi, mənzilində və üzərində odlu silah, döyüş sursatı olması ilə bağlı polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Q.Ağayevin üzərindən "SUR M9" markalı tapança, həmin silaha aid 7 ədəd patron, qeydiyyatda olduğu ünvandan isə ümumilikdə 340 qram metamfetamin və marixuana, 100 ədəd metadon həbi, 1 ədəd qanunsuz saxlanılan ov tüfəngi, həmin silaha aid 8 ədəd patron, əlavə olaraq içərisində 7 ədəd patron olan tapança darağı aşkarlanaraq götürülüb.
    Məhkəmənin qərarı ilə Q.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib.

    Araşdırma aparılır.


    SON XƏBƏRLƏR