• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

AYNA: “biletim.az” portalına yeni istiqamət əlavə edildi

CƏMİYYƏT

06 Avqust 2024 | 10:32 | Müəllif: Əli Hüseynov

AYNA: “biletim.az” portalına yeni istiqamət əlavə edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına yeni istiqamət əlavə edilib.

Bakıvaxtı.az AYNA-ya istinadən xəbər verir ki, artıq sərnişinlər Sumqayıtdan Ağcabədiyə, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara onlayn bilet ala biləcəklər.

Hazırda portala 68 istiqamət, 43 məntəqə, 283 reys olmaqla, 308 nəqliyyat vasitəsi qoşulub.

Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.

Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir. Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026