• Bakı 17° C

    4.03 m/s

Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq

CƏMİYYƏT

05 Sentyabr 2024 | 10:15

Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq

2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Tədris ilində COP29 ilə bağlı aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə maarifləndirici görüşlərinin, müzakirələrin, “açıq dərs”lərin, seminarların, “dəyirmi masa”ların, intellektual müsabiqələrin, debatların və yarışların keçirilməsi nəzərdə tutulub.

Həmçinin, təhsilalanların “COP29” və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı layihələrə cəlb olunması planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026