• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Bu ərazilərdə mal-qara otaranlar CƏRİMƏLƏNƏCƏK

CƏMİYYƏT

05 Oktyabr 2024 | 10:00

Bu ərazilərdə mal-qara otaranlar CƏRİMƏLƏNƏCƏK

Avtomobil yollarında mal-qara otaranlar 2 min manatadək məbləğdə cərimə olunacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulmasına, avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılmasına, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qara aparılmasına, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsinə görə, fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025