• Bakı 11° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Azadlıq meydanı AÇILDI

CƏMİYYƏT

04 Noyabr 2024 | 09:46

Azadlıq meydanı AÇILDI

Bakıda 2016-cı ildən bağlanan Azadlıq meydanı açılıb. 

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, burada Formula-1 Qran Pri yarışlarının keçiriliməsinə xidmət edən qurğular tamamilə sökülüb və ərazidən yığışdırılıb.

Qeyd edək ki, hər il keçirilən Formula-1 yarışları başa çatandan sonra Bakı Şəhər Halqası ərtafında təhlükəsizlik məqsədilə quraşdırılmış beton sədlər sökülsə də, Azadlıq meydanındakı tikiliyə toxunulmur və növbəti ilə saxlanılırdı. Nəhayət həmin tikili də bütünlüklə sökülüb və Azadlıq meydanı tam şəkildə boşaldılıb.

Məlumata görə, Azadlıq meydanında aparılan təmizlik işləri 11-22 noyabr tarixləri aralığında Bakıda keçiriləcək COP29 tədbirilə əlaqədardır.

Xatırladaq ki, Formula-1 yarışlarının keçiriləməsi üçün müəyyənləşdirilən yol - Bakı Şəhər Halqası Azadlıq meydanından başlayır. Belə ki, Azadlıq meydanından baylayan Formula-1 treki Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2.2 km dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerinə dönür.

Formula-1 Azərbaycan Qran-Prisi daha 2 il Bakıda keçiriləcək. Yarışın Azərbaycanla bağlı müddəti 2026-cı ildə başa çatmalıdır.
2020-ci il dekabrın 10-da Azadlıq meydanında Qələbə paradı keçirilərkən də buradakı Formula-1 tikililəri sökülmüş və sonra yenidən tikilmişdi.

Azadlıq meydanı Bakının ən böyük meydanıdır, 1952-ci ildə şəhərin mərkəzində Hökumət Evinin tikintisindən sonra, onun qarşısında geniş meydan salınıb. 1960-cı ildə meydanın qarşısında Leninin heykəli ucaldılıb.
İlk dəfə 1988-ci ilin meydan hadisələri zamanı Lenin meydanı Azadlıq meydanı adlandırılıb. 1988-ci il noyabrın 17-də Bakının əsas meydanında Sovet hökumətinin Azərbaycana qarşı apardığı siyasətə etiraz əlaməti olaraq ölkə ictimaiyyətinin mitinqi başlanıb.

20 Yanvar hadisələrindən sonra isə meydanın yeni adı xalq tərəfindən birmənalı qəbul edilib, daha sonra isə rəsmiləşdirilib. Hökumət evinin qarşısındakı Leninin nəhəng heykəli aşırılıb və onun yerində Azərbaycan bayrağı dalğalandırlıb.


SON XƏBƏRLƏR

26 Dekabr 2024