• Bakı 16° C

    13.4 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Ayrıldığı qızın evinə benzin töküb YANDIRDI

 

HADİSƏ

24 Fevral 2024 | 14:36

Ayrıldığı qızın evinə benzin töküb YANDIRDI 

Türkiyədə oğlan barışmaq istəməyən keçmiş sevgilisinə dəhşət yaşadıb.

Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Kocaeli şəhərinin Gabze qəsəbəsində baş verib. B.U. bir müddət əvvəl ondan ayrılan sevgilisi S.K.-ya barışmağı təklif edib. Lakin qız bunu rədd edib.

Belə olduqda B.U. hiddətlənib və qisas almaq qərarına gəlib. O, qızın yaşadığı evin yaxınlığına gəlib və ətrafa benzin tökərək yandırıb. Hadisə anı ərazidəki təhlükəsizlik kameralarına da yansıyıb.

Lakin yanğınsöndürənlərə dərhal məlumat verildiyi üçün yanğın vaxtında söndürülüb. Hazırda B.U.-nun tapılması üçün axtarış işləri keçirilir.


SON XƏBƏRLƏR

17 Oktyabr 2024