Gəncədə və Bakıda yanğın olub.
Bakıvaxtı.az bu barədə Fövqəladə Hallar Nazirliyibə istinadla xəbər verir.
Belə ki, Gəncə şəhərində ümumi sahəsi 1000 m² olan mebel sexinin yanar konstruksiyaları 77 m² sahədə və içərisində olan 1 ədəd dəzgah yanıb.
Qeyd olunub ki, yüksək temperaturdan dam örtüyünün taxta atmaları 100 m² sahədə qarsalanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Bakıda isə qaraj yanıb.
Məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 30 m² olan qarajın yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.
Bitişik ev yanğından mühafizə olunub.
Hər iki aYnğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
















