• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İdman zalından 12 min manat oğurlandı - VİDEO

HADİSƏ

23 Aprel 2024 | 16:57

İdman zalından 12 min manat oğurlandı - VİDEO

Yasamal rayonunda yerləşən idman zallarından birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, obyektin sahibi Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək kassa aparatının sındırılaraq oradan 12 min manata yaxın vəsaitin oğurlandığını bildirib. Araşdırmalarla pulun idman zalının mühafizəçisi 1992-ci il təvəllüdlü Ehtibar Adilov tərəfindən oğurlandığı müəyyən olunub.

Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə gətirilib. Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib.

E.Adilovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.


İdman zalından 12 min manat oğurlandı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026