• Bakı 28° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Rüfət Hacıyev haqda ardıcıl iki qərar

HADİSƏ

23 May 2024 | 10:19

Rüfət Hacıyev haqda ardıcıl iki qərar

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rüşvətə görə həbs edilən sabiq müdiri Rüfət Hacıyevin cinayət işi üzrə ibtidai istintaq davam edir.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror seçilmiş qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edib.

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib. Qərara əsasən, R.Hacıyevin həbsdə saxlanılma müddəti 3 ay uzadılıb.

Bundan sonra sabiq müdirin vəkili həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, Rüfət Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

Onun işlədiyi müddətdə əmək müqaviləsinin müddətinin uzadılması, məktəb direktoru vəzifəsinə təyin olunma, məktəblərdə müvafiq yoxlamaların keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq göstərilməsi kimi məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 53 min manat pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.


SON XƏBƏRLƏR

15 Iyun 2024