• Bakı 29° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Sürət yarışı təşkil edib, “TikTok”da paylaşan şəxslər həbs edilib - VİDEO

HADİSƏ

23 May 2024 | 12:14

Sürət yarışı təşkil edib, “TikTok”da paylaşan şəxslər həbs edilib - VİDEO

“TikTok” sosial şəbəkə hesabında yayılan videogörüntü əsasında DİN-in Baş DYP İdarəsinin Yol-Patrul Xidməti Alayında aparılan araşdırmalarla Salyan rayon sakinləri Anar Hüseynovun “Hyundai” markalı, Surət Əliyevin isə “VAZ 2107” markalı avtomobillərlə sürət yarışı təşkil edərək avtoxuliqanlıq əməli törətmələri müəyyən olunub.

İdarədən Bakıvaxtı.az-a verilən xəbərə görə, digər hərəkət iştirakçıları üçün təhlükə yaratmaqla kobud qayda pozuntularına yol verən hər iki sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib edilərək baxılması üçün aidiyyatı məhkəməyə göndərilib.

    Məhkəmənin qərarına əsasən hər iki şəxsin sürücülük hüququ məhdudlaşdırılmaqla - Anar Hüseynov 15, Surət Əliyev isə 20 gün müddətinə inzibati qaydada həbs edilib.


    SON XƏBƏRLƏR

    15 Iyun 2024