• Bakı 18° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

“Çox məyus oldum” - Modriç

İDMAN

25 Iyun 2024 | 10:30

“Çox məyus oldum” - Modriç

“99-cu dəqiqədə uduzduq. Futbol belə qəddar ola bilir”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin üzvü Luka Modriç ötən gün İtaliya ilə keçirilən oyundan sonra deyib. 

O, son dəqiqələrdə məğlubiyyətin üzücü olduğunu bildirib:

“Futbolda belə hallar yaşana bilir, bu, üzücüdür. Biz həmin qolu buraxmağa layiq deyildik. Bunun heç bir məntiqi izahı yoxdur. Çox məyus oldum. Tərəfdarlarımız bizim hər zaman arxamızdadır, bunu da bilirik”.

Qeyd edək ki, matçın hesabı İtaliyanın son dəqiqə qolu ilə bərabərə qalıb. 


SON XƏBƏRLƏR