• Bakı 18° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Şagirdlərlə birgə “oğru aləmi”nə aid mahnı oxuyan direktor işdən çıxarıldı

CƏMİYYƏT

24 Iyun 2024 | 18:43

Şagirdlərlə birgə “oğru aləmi”nə aid mahnı oxuyan direktor işdən çıxarıldı

Ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib.

Bu barədə Bakıvaxtı.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub.

Həmin hallarla bağlı araşdırma aparılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Xatırladaq ki, "Son zəng" tədbirində Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru Gülsəba Abbasova şagirdlərlə birlikdə "oğru aləmi"nə aid mahnı səsləndirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılmışdı. 


SON XƏBƏRLƏR