• Bakı 10° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Şahmatçımız İngiltərə çempionu oldu

İDMAN

24 Iyun 2024 | 19:36 | Müəllif: Subhan Mahmudov

Şahmatçımız İngiltərə çempionu oldu

Azərbaycanlı şahmatçı Elmira Mirzəyeva İngiltərə Açıq çempionatının qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, 43 yaşlı qrossmeyster İsveçrə sistemi ilə keçirilən turnirin sonuncu - VII turunda qələbə qazanaraq lider Katarjina Toma ilə xallarının sayını bərabərləşdirib.

Qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılıb. Rəqibini məğlub edən həmyerlimiz yekunda İngiltərə çempionu olub.

Qeyd edək ki, Elmira Mirzəyeva Rusiyada anadan olsa da, onun valideynləri əslən Gəncə şəhərindəndir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026