• Bakı 18° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

"Bitcoin"in qiyməti 62 min dollardan aşağı düşüb

İQTİSADİYYAT

24 Iyun 2024 | 17:59

Bitcoinin qiyməti 62 min dollardan aşağı düşüb

Son 24 saat ərzində "Bitcoin" də daxil olmaqla, qlobal kriptovalyuta bazarının dəyəri 4,5 faiz azalaraq 2 trilyon 240 milyard dollara düşüb. 

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu, "Coinmarketcap" analiz şirkətinin açıqladığı məlumatda yer alıb.

Məlumata görə, son 24 saatda "Bitcoin" 61 min 310 dollar səviyyəsinə düşüb. Bazar dəyərinə görə ikinci sırada olan "Ethereum" isə 5,5 faiz dəyər itirərək 3 min 306 dollar səviyyəsində yer alıb. 

Analitiklərə görə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələcəkdə atacağı addımlarla bağlı bazarda yaşanan qeyri-müəyyənliklər kriptovalyutalar üzərində satış təzyiqi yaradıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR