• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanda bağlanmış 2 bankın əmlakları hərraca çıxarılır

İQTİSADİYYAT

24 Iyul 2024 | 11:02

Azərbaycanda bağlanmış 2 bankın əmlakları hərraca çıxarılır

Avqustun 2-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC -nin, avqustun 12-də isə “Bank Standard” QSC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 245 min manat olan 111,5 kv.metrlik və “Bank Standard”a məxsus Zaqatala şəhəri, Dədə Qorqud küçəsi, 9 ünvanındakı dəyəri 485 min manat olan 678,5 kv.metrlik qeyri-yaşayış sahələrindən gedir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR