• Bakı 19° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Van Nistelroy "Mançester Yunayted"ə qayıda bilər

İDMAN

24 Iyun 2024 | 19:47 | Müəllif: Subhan Mahmudov

Van Nistelroy "Mançester Yunayted"ə qayıda bilər

Niderland millisinin sabiq futbolçusu Rud van Nistelroy İngiltərənin "Mançester Yunayted" klubuna qayıda bilər.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssisə Erik ten Haqın rəhbərlik etdiyi məşqçilər korpusuna qoşulmaq təklif olunub.

Bununla yanaşı, o, növbəti mövsümdən Çempionşipdə mübarizə aparacaq "Bernli" klubuna rəhbərlik etmək təklifi alıb.

Qeyd edək ki, Van Nistelroy məşqçilik karyerasına 2014-cü ildə Niderland millisində Qus Hiddinkin köməkçisi kimi başlayıb. 2022-2023-cü illərdə PSV-ni çalışdıran mütəxəssis ölkə kubokunu qazanıb. O, 2001-2006-cı illərdə "Mançester Yunayted" klubunun formasını geyinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026