• Bakı 18° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Sumqayıtda qardaş qardaşı bıçaqlayıb - YENİLƏNİB

HADİSƏ

25 Iyun 2024 | 12:55

Sumqayıtda qardaş qardaşı bıçaqlayıb - YENİLƏNİB

24.06.2024-cü il tarixində saat 21:15-də 2004-cü il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına sol çanağın açıq yarası diaqnozu ilə daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən açıqlama verilib.

    Məlumata görə, ona zəruri tibbi xidmətlər göstərilib və cərrahi əməliyyat olunub. Hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.APA

    ***

    08:38

    Sumqayıtda bıçaqlanma hadisəsi baş verib

    Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, hadisə şəhərin 47-ci məhəlləsində qeydə alınıb.

      Şəhər sakini, 2003-cü il təvəllüdlü Babayev Sənan Elşən oğlu aralarında baş vermiş münaqişə zəminində qardaşı, 2004-cü il təvəllüdlü Babayev Sədan Elşən oğluna bıçaqla xəsarət yetirib.

      Yaralı xəstəxanaya yerləşdirilib.

      Fakt araşdırılır.


      SON XƏBƏRLƏR