Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
“Opel Astra" markalı avtomobil yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Əzimov Məhəmməd İlyas oğlunu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Fakt araşdırılır.


jpg-1721885689.jpg)













