• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Dənizdə batdığı ehtimal olunan 27 yaşlı oğlanın axtarışları davam edir - VİDEO

HADİSƏ

23 Avqust 2024 | 17:45

Dənizdə batdığı ehtimal olunan 27 yaşlı oğlanın axtarışları davam edir - VİDEO

Sabunçu rayonunda dənizdə batan vətəndaşın axtarışları fasiləsiz olaraq davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Avqustun 20-də 1 nəfərin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batması barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb ediliblər. Hazırda batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Qurbanov Kənan Vaqif oğlunun axtarışları dalğıclar tərəfindən fasiləsiz olaraq davam etdirilir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026