• Bakı 8° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Abşeronda 4 nəfər xilas edilib - VİDEO

HADİSƏ

22 Sentyabr 2024 | 12:47 | Müəllif: Subhan Mahmudov

Abşeronda 4 nəfər xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında 1 halda liftdə qalma və Nərimanov rayonu ərazisində isə 1 azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ümumilikdə 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib.

Bundan əlavə, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində dərəyə yuvarlanan yük avtomobilin sürücüsünün meyiti dərədən çıxarılaraq təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026