• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Rüşvətə görə tutulan icra nümayəndəsi barədə qərar verildi

HADİSƏ

23 Avqust 2024 | 12:50

Rüşvətə görə tutulan icra nümayəndəsi barədə qərar verildi

Rüşvət almaqda təqsirli bilinərək həbs edilən Lənkəran rayon İcra Hakimiyyəti başçısının Vilvan kəndi üzrə icra nümayəndəsi Faiq Köçəriyevin barəsində olan kassasiya şikayəti və kassasiya protesti üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar elan olunub.

Qərara əsasən, şikayət təmin olunmayıb, məhkəmənin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Lənkəran rayon Şürük kənd üzrə icra nümayəndəsi Ağayar Yusubov və Vilvan kənd üzrə icra nümayəndəsi Faiq Köçəriyev 22 may 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarını tərəfindən rüşvət almaqla təqsirli bilinərək həbs ediliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026