• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Lavrov Belarusda rəsmi səfərdədir

DÜNYA

24 Iyun 2024 | 17:30

Lavrov Belarusda rəsmi səfərdədir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusa rəsmi səfərə gəlib.

Bakıvaxtı.az bu barədə “Tass”a istinadla xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aydınlaşdırıb ki, səfər iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümünə təsadüf edir.

Onun sözlərinə görə, Lavrovun Belarus prezidenti Aleksandr Lukaşenko, Respublika Şurasının və Milli Assambleyanın Nümayəndələr Palatasının sədrləri Natalya Koçanovaİqor Sergeenko ilə görüşü nəzərdə tutulub.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin belaruslu həmkarı Sergey Aleyniklə də danışacağı bildirilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR