• Bakı 31° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Həmas: "Pekində imzalanan birlik bəyannaməsi  müsbət addımdır"

DÜNYA

24 Iyul 2024 | 16:24

Həmas: Pekində imzalanan birlik bəyannaməsi  müsbət addımdır

"14 Fələstin fraksiyasının Pekində imzaladığı "Parçalanmaya son qoyulması və birliyin möhkəmləndirilməsi haqqında" bəyannamə Fələstinin milli birliyinə nail olmaq yolunda  müsbət addımdır".

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu Həmas Siyasi Büro üzvü Hussam Badran deyib.

Onun sözlərinə görə, bəyannamənin imzalandığı yer də önəmlidir:

"Söhbət beynəlxalq nüfuzu və Fələstin məsələsini dəstəkləməkdə öz mövqeyi ilə seçilən Çindən gedir. Çinin bəyannaməni qəbul etmək üçün göstərdiyi böyük səyləri yüksək qiymətləndiririk. Bəyannamədə göstərilən həll yolu münaqişə bitdikdən sonra Fələstin üçün ən uyğun olanıdır".

Qeyd edək ki, Çinin dəvəti ilə 14 Fələstin fraksiyasının nümayəndələri iyulun 21-dən 23-dək Pekində barışıq danışıqları aparıblar. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

10 Iyul 2025