• Bakı 22° C

    15.31 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Yunanıstan Ali Yeşildağı ekstradisiya edir

DÜNYA

24 Iyul 2024 | 16:05

Yunanıstan Ali Yeşildağı ekstradisiya edir

Yunanıstan Türkiyənin “İnterpol” xətti ilə axtarışa verdiyi Ali Yeşildağı ekstradisiya edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, bu barədə Yunanıstanın ən yüksək inzibati məhkəməsi olan Dövlət Şurası qərar qəbul edib.

Qeyd edək ki, Ə.Yeşildağ 2023-cü ildə Yunanıstanda saxlanaraq sərhədi qanunsuz keçmək ittihamı ilə həbs olunmuşdu.

Türkiyə isə A.Yeşildağı 1986-cı ildə törətdiyi soyğun cinayətinə görə “İnterpol” xətti ilə axtarışa vermişdi.

Xatırladaq ki, bir müddət Türkiyənin hakim partiyası AKP-də təmsil olunan A.Yeşildağ daha sonra FETÖ-çülərlə yaxınlaşıb, gülənçilərə məxsus media resurslarında ölkə hakimiyyətinin əleyhinə çıxışlar edib.


SON XƏBƏRLƏR

03 Iyul 2025