Əfqanıstanda hakim Taliban qruplaşması qadınlara üzləri açıq şəkildə danışmağa və ümumiyyətlə ictimai yerlərdə görünməyə qadağa qoyub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, Əfqanıstanın Əxlaqın Təbliği və Vitsenin Qarşısının Alınması Nazirliyi avqustun 21-də qanun qəbul edib.
Qeyd olunur ki, bu qadağa gündəlik həyatın musiqi, bayramlar, ictimai nəqliyyat və təraş kimi aspektlərini əhatə edən ilk rəsmi Bəyannaməyə daxil edilmişdir.
Mina Mikayılova
















