Bu gün səhər Livandan İsrailə 105 raket atılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
“Səhər saatlarından Livandan İsrail ərazisinə 85 raklet atılıb. Onların əksəriyyəti zərərsizləşdirilib”, - məlumatda qeyd olunub.
Bundan başqa, daha 20 raketin də atıldığı bildirilib.
Məlumata görə, raketlər əsasən, Kiryat-Byalik, Tsur-Şalom və Moreşet rayonlarına atılıb.
















