• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İranda kömür mədənində partlayış: 51 nəfər öldü - YENİLƏNİB

DÜNYA

22 Sentyabr 2024 | 14:04 | Müəllif: Subhan Mahmudov

İranda kömür mədənində partlayış: 51 nəfər öldü - YENİLƏNİB

İranın Cənubi Xorasan ostanındakı Təbas kömür mədənində qaz partlayışında ən azı 51 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Qeyd edilib ki, 17 nəfər yaralanıb.

 

11:03

İranın Cənubi Xorasan ostanındakı Təbas kömür mədənində qaz partlayışında 30 nəfər ölüb, 17 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin sədri bildirib.

    Onun sözlərinə görə, 22 nəfərin axtarışları hələ də davam edir.

    Xəsarət alan 17 nəfər xəstəxanaya yerləşdirilib.

    Qəzaya “Mədənci” şirkəti tərəfindən idarə olunan mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub.

    Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.

     

    09:55

    İranın Cənubi Xorason ostanında kömür şaxtasında partlayış olub, 19 nəfər ölüb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

    Hadisə şənbə günü yerli vaxtla saat 21.00-da Tabas şəhərində şaxtalardan birində baş verib.

    Hazırda xilasetmə əməliyyatı aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Noyabr 2026