• Bakı 24° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.8179

    RUB - 0.0193

Dağıstanda baş vermiş terror aktlarında 20 nəfər ölüb - YENİLƏNİB

DÜNYA

24 Iyun 2024 | 16:48

Dağıstanda baş vermiş terror aktlarında 20 nəfər ölüb - YENİLƏNİB

Dağıstanda silahlıların hücumu zamanı 20 nəfər ölüb, 46 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.

    Qeyd edək ki, iyunun 23-də Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində terror hücumu baş verib. Mahaçqalada polisə hücum olub, Dərbənddə isə kilsə və sinaqoqa silahlı hücum təşkil olunub.

    Milli Antiterror Komitəsi respublika ərazisində əksterror əməliyyatı rejimi tətbiq edib.

    ***

    10:26

    Dağıstanda baş vermiş terror aktları nəticəsində 20 nəfər ölüb.

    Bakıvaxtı.az Rusiya KİV-nə xəbər verir ki, hadisə zamanı azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb.

      Daha 44 nəfərin yaralandığı qeyd olunur.

      ***

      06:49

      Dağıstanda baş vermiş terror aktı nəticəsində Daxili İşlər Nazirliyinin 15-dən çox əməkdaşı həlak olub.

      Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Dağıstan respublikasının rəhbəri Sergey Melikov öz şəxsi telegram kanalında məlumat verib.

      Onun sözlərinə görə,  terror aktı nəticəsində bir neçə mülki şəxs də həlak olub.

      ***

      23 iyun, 22:29

      Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində 7 nəfər ölüb, 25 nəfər yaralanıb. 

      Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat verib.

      Ölənlərdən 6-sı hüquq-mühafizə orqanlarının əməkdaşıdır.

      Məlumata görə, silahlıların axtarışı davam edir. Mahaçqalada hücum edənlərdən ikisinin öldürüldüyü məlum olub. Ən azı daha iki nəfər saxlanılıb.

      Hücum edənlərin sayı məlum deyil.

      Hazırda da silahlı toqquşmalar davam edir. 

      21:04

      Dərbənd və Mahaçqalada iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna hücum nəticəsində Rus Pravoslav Kilsəsinin keşişi və polis əməkdaşları həlak olub. 

      Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Antiterror Komitəsi məlumat yayıb.

      Silahlı hücum zamanı yaralıların sayı 23 nəfərə çatıb.

      Hüquq-mühafizə orqanları cinayətkarların axtarışı və tutulması üçün tədbirlər həyata keçirir.

      *** 20:12

      Dağıstanda kilsə və sinaqoqa, polis bölməsinə silahlı basqın olub. 

      Bakıvaxtı.az xəbər verir ki, Mahaçqaladakı sinaqoq və kilsəni yandıran naməlum şəxslər polisi də atəşə tutub.

      Nəticədə 1 polis əməkdaşı ölüb, bir neçə nəfər yaralanıb.

      Ölənlər barədə məlumat hələlik yoxdur.

       

       


      SON XƏBƏRLƏR