"Rusiya döyüşçüləri planşetlər üçün xüsusi KPO-A tətbiqi alacaqlar".
Bakıvaxtı.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu Elmi-İstehsalat Birliyinin (NPO) baş direktoru Vladimir Orlov deyib.
Onun sözlərinə görə, Rusiya döyüşçüləri Android əməliyyat sisteminə əsaslanan planşetlər üçün Elmi-İstehsalat Birliyi (NPO) "Dvina" tərəfindən hazırlanmış xüsusi "Maarifləndirmə Kompleksi" (KPO-A) alacaqlar:
"Tətbiqin funksionallığına döyüş bölmələrinin imkanlarını genişləndirən interaktiv xəritələr, eləcə də hərbi qulluqçuların bir-biri ilə birbaşa əlaqə qurma imkanları daxildir. Ən vacibi odur ki, tətbiq asanlıqla balıqçılar və turistlər üçün proqramdan döyüş alətinə çevrilə bilər".
Orlov qeyd edib ki, proqram Rusiya Müdafiə Nazirliyinin serverlərinə qoşulduqdan sonra təkcə mülki deyil, həm də hərbi nəqliyyatı, xüsusən də hərbi radarlar, təyyarələr, helikopterlər, gəmilər və yerüstü avadanlıqlardan alınan məlumatları görməyə imkan verir.
Həmçinin KPO-A istifadəçiləri proqrama məlumat əlavə edə bilərlər. Bu isə yüzlərlə departamenti vahid məlumat dövrəsində birləşdirməyə imkan verəcək.
Gülşən Şərif