• Bakı 26° C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Türkiyədəki fransız məktəbləri qanundankənar sayıla bilər

DÜNYA

24 Iyul 2024 | 15:05

Türkiyədəki fransız məktəbləri qanundankənar sayıla bilər

Türkiyədə fəaliyyət göstərən fransız məktəbləri qanundankənar sayıla bilər.

Bakıvaxtı.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Yusif Tekin jurnalistlərə açıqlamasında deyib.

O, ölkədəki fransız məktəblərini öz fəaliyyətlərini ölkənin qanunvericiliyinə uyğunlaşdırmağa çağırıb:

“Əgər fransız məktəbləri işlərini qanunverciliyə uyğun qaydada qursalar, fəaliyyətlərini davam etdirə biləcəklər, əks halda isə etibarsız sayılacaqlar”.

Nazir bildirib ki, Türkiyə bu məktəblərin hüquqi status əldə etmələri üçün müvafiq beynəlxalq müqavilələr imzalanmalıdır: “Fransa ilə müzakirələrimiz davam edir”.


SON XƏBƏRLƏR

01 Iyul 2025