• Bakı 18° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Rusiyada elmi-tədqiqat institutunda yanğın: Ölənlərin sayı artdı - YENİLƏNİB

DÜNYA

24 Iyun 2024 | 18:59

Rusiyada elmi-tədqiqat institutunda yanğın: Ölənlərin sayı artdı - YENİLƏNİB

Rusiyanın Moskva vilayətində "Platan" Elmi-Tədqiqat İnstitutunun əsas binasında yanğında ölənlərin sayı 7-yə çatıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb. Yanğının sahəsi 4500 kvadrat metrə qədər genişlənib.

Yanğının söndürülməsinə iki yanğınsöndürən helikopter də cəlb olunub.

Alov bütün binanı bürüyüb.

 

***18:34

Moskva vilayətində "Platan" Elmi-Tədqiqat İnstitutunun əsas binasında yanğının sahəsi 4 min kvadrat metrə çatıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Artıq iki nəfərin öldüyü bildirilib. Onların özlərini yanan binanın 7-ci mərtəbəsində atdığı qeyd olunub.

FHN-nin məlumatında o da bildirilib ki, binada partlayış olub və bina tamamilə tüstü ilə örtülüb. Binanın daxilində konstruksiyaların uçması baş verib. Yanğını söndürmək üçün əraziyə iki helikopteri cəlb olunub.

-------18:16

Moskva vilayətinin Fryazino şəhərində Platan Elmi-Tədqiqat İnstitutunda yanğın baş verib.

Bakıvaxtı.az bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, yanğının baş verdiyi binada 9 nəfər var.

Yanğın binanın 3 mərtəbəsini bürüyüb.

Teleqram kanallarının yaydığı məlumata görə, binada partlayış baş verib.

İnstitunun nəzdində fəaliyyət göstərən "Nİİ Platan" zavodu Rusiyada elektron şüa cihazları və yarımkeçirici lazerlər, həmçinin maye kristal ekranlar hazırlayır.

Yanğının hansı səbəbdən baş verdiyi barədə rəsmi açıqlama verilməyib.


SON XƏBƏRLƏR